Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də

Bölmə adı Qızlar Liqası
Yayımlandı 31-01-2026, 13:37

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.


Sport1.az xəbər verir ki, XIV tur çərçivəsində fevralın 1-də keçiriləcək “Şəfa” – “Sumqayıt” (14:00) və “Zaqatala” – “Dirçəliş” (14:30) görüşü platformada göstəriləcək.


Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:  


“Şəfa” – “Sumqayıt” “Zaqatala” – “Dirçəliş”

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR