Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 30-01-2026, 15:30

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.


Sport1.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimindən sonra 1/8 finala gedən yolda üz-üzə gələcək komandalar bəlli olub. Əsas mərhələni 9–24-cü pillələrdə başa vuran klublar pley-offda mübarizə aparacaq.


Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” bu raundda İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu Bakıda keçirəcək, cavab görüşü isə səfərdə baş tutacaq.


Pley-off mərhələsinin bütün cütləri aşağıdakılardır:


“Qarabağ” – “Nyukasl”

“Monako” – PSJ

“Qalatasaray” – “Yuventus”

“Benfika” – “Real Madrid”

“Borussiya Dortmund” – “Atalanta”

“Brügge” – “Atletiko Madrid”

“Bodo-Qlimt” – “İnter”

“Olimpiakos” – “Bayer Leverkuzen”


Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində keçiriləcək. Bu raundun qalibləri Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanacaqlar.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR