Təmsilçimiz beynəlxalq turnirdə beşinci oldu

Bölmə adı Digər
Yayımlandı 30-01-2026, 10:10

Andorrada keçirilən “Trofeu Borrufa” adlı beynəlxalq xizək yarışında Azərbaycan təmsilçisi uğurlu çıxış edərək hesabına xallar əlavə edib.


Sport1.az xəbər verir ki, U-14 kateqoriyasında ilk dəfə çıxış edən idmançımız Çanelle Akselsson dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışında 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yerə sahib olub.


Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri hesab olunur

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR