
UEFA Çempionlar Liqasının əsas mərhələsində 8-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
Sport1.az xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, bu ada Portuqaliyanın “Benfika” klubunun yarımmüdafiəçisi Andreas Şelderup layiq görülüb.
Norveçli futbolçu “Real”la (Madrid, İspaniya) oyunda (4:2) iki dəfə fərqlənərək komandasının qələbəsində həlledici rol oynayıb. Səsvermədə Aleksis Makallister (“Liverpul”), Joao Pedro (“Çelsi”) və Malik Tillman (“Bayer”) da namizədlər sırasında yer alıb.