son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

ABŞ səfirliyi “Qarabağ”ı tarixi uğur münasibətilə təbrik edib

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 29-01-2026, 16:07

ABŞ-nin Azərbaycandakı səfirliyi “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə bağlı paylaşım edib.


Sport1.az xəbər verir ki, səfirlik təbrik mesajında bu nailiyyətin Azərbaycan futbolu tarixində ilk dəfə qeydə alındığını vurğulayıb.


Bildirilib ki, əldə olunan uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqi yekunudur. Paylaşımda, həmçinin ABŞ-nin iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşdığı xatırladılaraq, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq gücünə malik olduğu qeyd olunub.


Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsini uğurla başa vuraraq pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR