son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

"Pley-offa daha ciddi hazırlaşacağıq" – Qurbanov

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 29-01-2026, 09:01

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin son turunda "Liverpul"a 0:6 hesabı ilə məğlub olsa da, pley-off mərhələsinə adını yazdırmağı bacarıb.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:


"Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyətə uğradıq. Buna baxmayaraq futbolçularımı təbrik edirəm. 8 oyunu analiz etsək, çox əziyyət çəkdik. Futbolçularım pley-off mərhələsinə yüksəlməyi haqq etdilər. Təbii ki, bu gün oynadığımız matç bizim istədiyimiz oyun deyil. Biz daha yaxşı komandayıq. Hər bir halda layiqli məğlub olduq və layiqli də pley-offa yüksəldik".


- Potensial rəqiblərimiz də məlumdur. PSJ və "Nyukasl" komandalarından biri ilə qarşılaşacağıq...


- Gözləyəcəyik. Hər ikisi özünəməxsus oyun üslubu ilə seçilir. Hansı komandanın düşməyindən asılı olmayaraq bu mərhələyə daha ciddi hazırlaşacağıq.


- Əgər bu məğlubiyyətdən bir dərs çıxarmaq lazım gələrdisə, komanda üçün bu hansı dərs olardı?


- Belə məğlub olmamaq. Mən futbolçularımı çox gözəl başa düşürəm. Çətin idi. Pley-off mərhələsini 90 faiz həll etmək amili də arxayınlıq yarada bilərdi futbolçularda. Hər bir halda bu stadionda oynamaq çətin idi. Düşünürəm ki, bir də oynamaq şansımız olsa, belə oyun sərgiləməyəcəyimizə inanıram.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR