18:30 28.01.2026 136

“Liverpul” cəbhəsindən “Qarabağ”ı narahat edən xəbər

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunun start heyətində məcburi dəyişikliyə gedəcək.


Sport1.az xəbər verir ki, mersisaydlıların rəsmi saytında yer alan məlumata əsasən, Co Qomes Premyer Liqada “Bornmut”la görüşdə zədələnib və oyunu yarımçıq tərk edib. Slot müdafiəçinin bu gün meydana çıxa bilməyəcəyini təsdiqləyib.


Mərkəz müdafiəsində vəziyyət daha da çətinləşib. İbrahima Konate şəxsi səbəblərdən, Covanni Leoni isə dizindən aldığı zədə üzündən bu matçın heyətindən kənarda qalacaq. Bu səbəbdən Slotun həmin mövqedə dəyişiklik etməsi qaçılmazdır.


“Bornmut”la oyunda Vircil van Deykin yanında mərkəz müdafiədə Vataru Endo çıxış edib. Yaponiya millisinin kapitanı həmin görüşdə 34-cü dəqiqədə Co Qomesi əvəzləməklə 6 dekabr 2025-ci ildən sonra ilk dəfə “Liverpul”un formasında meydana çıxmışdı. Endonun bu dəfə də eyni mövqedə istifadə olunması ehtimallar sırasındadır.


Heyət seçiminin yalnız adlarla bağlı olmadığını vurğulayan Slot taktiki məqamların da rol oynayacağını bildirib: “Sabah mərkəz müdafiəsində təbii mərkəz müdafiəçisi olmayacaq, çünki bu mövqedə başqa oyunçumuz yoxdur və yarımmüdafiəçidən istifadə etməli olacağıq”.


Komandanın hücum xəttində də bəzi rotasiya ehtimalları var. Federiko Kyeza son iki oyunu buraxsa da, matç ərəfəsində məşqlərdə iştirak edib. Uqo Ekitikenin isə “Bornmut”la oyunda ehtiyatda qalmasından sonra start “11-liy”ə qayıtması mümkündür. Slot bunu belə əsaslandırıb: “Ekitike zədə səbəbindən iki həftə oynamadı, sonra isə ardıcıl çox oyun keçirməli oldu. Növbəti aylarda yalnız bir "9 nömrə" hücumçumuz olduğu üçün yükü onun üzərindən bir qədər azaltmaq məntiqli göründü”.


Komandanın itkiləri bununla da bitmir: Konor Bredli və Aleksandr İsak uzunmüddətli zədə səbəbindən sıradan çıxıblar. Körtis Cons isə ötən tur “Marsel”lə səfər görüşündə (3:0) sarı vərəqə görsəydi, növbəti Çempionlar Liqası oyununu buraxacaqdı.


Qeyd edək ki, “Liverpul” artıq ən azı pley-off mərhələsini təmin edib. “Qarabağ” üzərində qələbə isə 1/8 finala birbaşa vəsiqəni rəsmiləşdirə bilər. Oyun bu gün “Enfild” stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

18:29

I Liqa: “Mingəçevir”dən darmadağın, lider autsayderə qarşı - YENİLƏNİR

18:23

Super Liqa klubu baş məşqçisi ilə bağlı qərarını verdi

17:49

"Bayer"də yeni müqavilə - RƏSMİ

17:35

"Neftçi" – "Qarabağ" matçına hakim təyinatları açıqlandı

17:22

Premyer Liqa klubu Markus Reşfordu transfer etmək istəyir

17:07

Fransa klubu baş məşqçisi ilə vidalaşacaq

16:54

Reqatada 2-ci yeri tutan avarçəkən: "Azərbaycana ilk medalı qazandırdığım üçün şadam"

16:01

Azərbaycan avarçəkəni "Prezident Kuboku 2026" reqatasında gümüş medal qazandı

15:25

AFFA İntizam Komitəsi "Sumqayıt", "Neftçi" və "Qarabağ"a cəzalar "yağdırdı"

15:12

Kompani PSJ ilə oyun və şansları haqda

14:31

AFFA rəsmisi UEFA Çempionlar Liqasının oyununda

14:05

Millimiz Bakıdakı turnirdə ev sahibi olacaq

13:43

“Qara Qarayev” kitabının təqdimatı keçirildi

13:32

Fərid Qayıbov: "İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir"

13:03

“Fənərbağça” “Sabah”ın baş məşqçisini məyus etdi – FOTO

12:21

Mübahisə zamanı ağzını örtən futbolçular qırmızı vərəqə ilə cəzalandırılacaq DÇ-2026-da yeni qərarlar

12:08

"Qalatasaray" Okan Burukla bağlı qərar verdi

11:46

Azərbaycan cüdoçuları Tacikistanda mübarizə aparacaqlar

11:28

FIFA DÇ-2026 iştirakçıları üçün mükafat fondunu artırdı

11:15

Noyerdən antirekord

10:42

Çempionlar Liqasında ilk belə nəticə

10:20

Keyn Cerrardın rekordunu geridə qoydu

10:08

Premyer Liqa matçlarının tarixləri dəyişdirildi

09:45

Kvaratsxeliya PSJ-nin tarixinə düşdü

09:10

Çempionlar Liqası: "Arsenal" yoxsa, "Atletiko" ? - YENİLƏNİR

00:57

Çempionlar Liqası: PSJ finalın bir addımlığında - YENİLƏNİB

23:57

“Fənərbaxça” 6 futbolçusu ilə yollarını ayıracaq

23:27

Millimiz “Tour of Bostonliq” turnirində iştirak edir

22:53

“Real”ın müdafiəçisi əməliyyat olunub

22:29

Yevgeni Pluşenko Bakıda keçirilən fiqurlu konkisürmə üzrə təlim-məşq toplanışına qatılıb

21:56

Modriç əməliyyat olunacaq

21:33

Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

20:24

"Prezident Kuboku-2026" turnirinin açılış mərasimi keçirilib

19:54

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

19:36

“Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib

19:22

Super Liqa klubu Elvin Cəfərquliyevi istəyir - ÖZƏL

18:57

"Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib

18:40

“Liverpul” Portuqaliya millisinin üzvü ilə maraqlanır

18:28

"Xankəndi" "Qaradağ Lökbatan"la bacarmadı - YENİLƏNİB

17:43

10 il sonra "Mançester Siti"dən ayrılır

17:08

"Real"ın futbolçusu əməliyyat olundu

16:48

Dimarko üçün 4 illik müqavilə

16:27

Lukaku "Milan"a keçmək istəyir

16:15

"Fənərbağça"da prezident seçkilərinin tarixi açıqlandı

15:23

“Prezident Kuboku 2026”: Komandaların rəsmi paradı və təqdimatı keçirilib

15:11

"Real" və "Barselona" ilə adı hallanan ulduz futbolçu qərarını verdi

14:47

İtaliya futbolunda VAR qalmaqalı

14:35

Təsadüf, yoxsa sistem? – "Sabah"ın uğur hekayəsi

14:24

"Barselona" "Tottenhem"in beş futbolçusu ilə maraqlanır

14:08

“Neftçi”dən son 15 mövsümün rekordu

13:42

AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçildi

13:26

“Qarabağ” “700”ə çatdı

13:04

"Zirə"nin səfərdə yubiley heç-heçəsi

12:43

"Sumqayıt" XXI əsrin antirekorduna imza atdı

12:22

Rəqib meydanlarında 60-cı qələbə

12:09

Medinanın "Qarabağ"dakı yubileyi

11:37

Yelkən idmanı üzrə “Prezident Kuboku” keçirilək

11:26

"Zirə"nin gürcüstanlı legionerinin 60-cı qolu

11:05

50-ci səfər qələbəsi

10:30

"Barselona" Reşfordla razılığa gəldi

10:12

"Arsenal"ın idman direktoru "Qalatasaray"ın futbolçusunu izləmək üçün gəldi

09:45

"Real" argentinalı mütəxəssislə maraqlanır

09:38

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

00:23

Daha bir futbolçu Dünya Çempionatında iştirak etməyəcək

23:50

Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

22:54

Dambrauskas: “Bu, mənim qərarımdır və qərarımın arxasındayam”

22:32

Füzuli Məmmədov: “Sona qədər mübarizə aparacağıq”

21:51

Tovuzda qollu sülh, “Sabah”dan inamlı qələbə - YENİLƏNİB

21:24

Kurban Berdıyev: “Əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi”

20:59

“Bavariya”nın futbolçusu PSJ ilə matçı buraxacaq