Çempionlar Liqasında həlledici gecə: bütün oyunlar eyni vaxtda – YENİLƏNİR

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 29-01-2026, 00:03

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – 8-ci turu çərçivəsində bütün görüşlər eyni vaxtda start götürəcək. 


Sport1.az xəbər verir ki, turun 18 qarşılaşmasının hamısı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə dünya futbolunun nəhənglərindən olan “Liverpul”la üz-üzə gələcək. Türkiyənin “Qalatasaray” klubu da İngiltərə səfərində “Mançester Siti”nin qonağı olacaq.


Xatırladaq ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksəlir. 9–24-cü pillələrdə qərarlaşan kollektivlər isə pley-offda (şərti 1/16 final) oynamaq hüququ qazanır. 25–36-cı yerləri tutanlar üçün isə avrokubok mövsümü başa çatır.


UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 8-ci tur


00:00. “Liverpul” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

00:00. PSJ (Fransa) – “Nyukasl” (İngiltərə)

00:00. “Mançester Siti” (İngiltərə) – “Qalatasaray” (Türkiyə)

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “İnter” (İtaliya)

00:00. “Barselona” (İspaniya) – “Kopenhagen” (Danimarka)

00:00. “Arsenal” (İngiltərə) – “Kayrat” (Qazaxıstan)

00:00. “Bayer” (Almaniya) – “Vilyarreal” (İspaniya)

00:00. “Atletiko” (İspaniya) – “Bodo-Qlimt” (Norveç)

00:00. “Benfika” (Portuqaliya) – “Real” (İspaniya)

00:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Tottenhem” (İngiltərə)

00:00. “Brügge” (Belçika) – “Marsel” (Fransa)

00:00. PSV (Niderland) – “Bavariya” (Almaniya)

00:00. “Ayaks” (Niderland) – “Olimpiakos” (Yunanıstan)

00:00. “Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə)

00:00. “Monako” (Fransa) – “Yuventus” (İtaliya)

00:00. “Yunion” (Belçika) – “Atalanta” (İtaliya)

00:00. “Atletik” (İspaniya) – “Sportinq” (Portuqaliya)

00:00. “Pafos” (Kipr) – “Slaviya” (Çexiya)

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR