“Tottenhem”in futbolçuları avtomobil qəzasına düşdü

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 28-01-2026, 12:51

“Tottenhem”in iki futbolçusu Vilson Odober və Randal Kolo Muani avtomobil qəzasına düşüblər.


Sport1.az xəbər verir ki, insident komandanın Çempionlar Liqasında “Ayntraxt”la oyun üçün Almaniyaya yola düşməyə hazırlaşdığı vaxt baş verib. Futbolçular hava limanına gedərkən M25 magistralında qəzaya düşüblər.


Baş məşqçi Tomas Frankın sözlərinə görə, hadisəyə avtomobilin təkərinin partlaması səbəb olub. Nəticədə toqquşma yaşanıb. Qəza zamanı Kolo Muaninin “Ferrari”si ciddi zədələnib və təhlükəsizlik yastıqları açılıb.


Klubun tibbi heyəti futbolçuları dərhal müayinədən keçirib. Hər iki oyunçuda ağır xəsarət aşkarlanmayıb və onların vəziyyətinin yaxşı olduğu bildirilir.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR