
Rumıniyada PAOK azarkeşlərini daşıyan mikroavtobus ağır qəzaya düşüb.
Sport1.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Azarkeşlər komandanın Avropa Liqasının 8-ci turunda Fransada “Lion”a qarşı keçirəcəyi oyun üçün Yunanıstandan yola çıxmışdılar.
Qəza DN6–E70 magistralında qeydə alınıb. Mikroavtobus ötmə manevri zamanı qarşı zolağa çıxıb və spirtli içki daşıyan yük maşını ilə toqquşub. Zərbədən sonra nəqliyyat vasitəsi yol kənarına aşıb.

Yunanıstan Xarici İşlər Nazirliyi Buxarestdəki səfirlik və konsulluq xətti ilə zərərçəkənlərə və onların ailələrinə dəstək göstərilməsi üçün təcili tədbirlər görüb. Hadisə yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara səfirliyin xüsusi qrupunun göndəriləcəyi bildirilir.