
“Liverpul”un futbolçusu Ceremi Frimponq UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, mətbuat konfransında çıxış edən niderlandlı futbolçu Ağdam təmsilçisini yüksək qiymətləndirib və qarşıdakı matçın çətin keçəcəyini bildirib.
Frimponq “Qarabağ”ın səviyyəsinə xüsusi diqqət çəkib: “Qarabağ” tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Mən “Bayer”də oynayarkən “Qarabağ”a qarşı keçirdiyimiz oyunu xatırlayıram. Həqiqətən çox yaxşı çıxış etmişdilər. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. Rəqibin nə qədər güclü olduğunu yaxşı bilirəm və sabahkı oyunun asan olmayacağını anlayırıq. Biz sadəcə hazır olmalı, yaxşı hazırlaşmalı və əlimizdən gələnin ən yaxşısını etməliyik. Onların Çempionlar Liqası səviyyəsində komanda olduqlarına şübhə yoxdur”.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.