
“Sumqayıt”dan ayrılan Momo Yansanenin karyerasını harada davam etdirəcəyi bəlli olub.
Sport1.az xəbər verir ki, 28 yaşlı hücumçu Ermənistanın “Pünik” klubuna keçib. Transfer barədə İrəvan təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.
Qeyd edək ki, Qvineya millisinin sabiq üzvü 2025-ci ilin yanvar–iyun aylarında “Sumqayıt”ın formasını geyinib. Onun son komandası Kiprin “Omonya Aradippu” klubu olub