“Qarabağ” “Enfild” səfərinə yola düşür

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 26-01-2026, 14:28

“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək oyun üçün səfərə çıxır.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından İngiltərəyə yollanacaq. Komandanı Liverpul şəhərinə təxminən 7 saatlıq uçuş gözləyir. Təyyarənin Bakı vaxtı ilə saat 15:00-da havaya qalxması planlaşdırılır.


Qeyd edək ki, “Liverpul” – “Qarabağ” qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə saat 00:00-da başlayacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR