
Ayaz Quliyev karyerasını Rusiyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Sabah"ın yarımmüdafiəçisi "Arsenal" (Tula) ilə razılaşıb. Bu barədə məlumatı insayder İvan Karlov yayıb.
29 yaşlı futbolçu qəsəbə təmsilçisi ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb. Ayaz "Arsenal"la 2027-ci ilə kimi müqavilə imzalayacaq.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə “Sabah”ın heyətində cəmi 136 dəqiqə meydanda olub.