
Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva karyerasını Almaniyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, qadın futbolçulardan ibarət yığmamızın üzvü Almaniyanın Bundesliqa təmsilçisi “Hamburq” klubuna transfer olunub. Azərbaycanlı futbolçu yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nigar Mirzəliyeva son olaraq Rusiyanın “Zenit” komandasında çıxış edib.