Danimarka ilə ikinci sınaq

Bölmə adı Milli
Yayımlandı 24-01-2026, 13:53

Bu gün futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxacaq.


Sport1.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Danimarka yığması ilə üz-üzə gələcək.


Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Oyunu Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR