
“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi “Napoli”nin futbolçusu Noa Lanqı mövsümün sonunadək icarəyə götürüb. Razılaşmaya əsasən, Super Liqa klubu italyanlara 2 milyon avro ödəyəcək. Bundan əlavə, 26 yaşlı niderlandlı futbolçunun özü isə 1,75 milyon avro ödəniş alacaq.
Müqavilədə mövsümün sonunda futbolçunun birdəfəlik transferi ilə bağlı məcburi olmayan satınalma bəndi də yer alır.
Qeyd edək ki, Noa Lanq 2025-ci ilin yayında PSV-dən “Napoli”yə 25 milyon avro qarşılığında keçmişdi. O, Neapol klubunun heyətində 27 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.