
"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi Noa Lanqla razılaşıb. Niderlandlı futbolçu artıq Türkiyədədir. 26 yaşlı vinger "aslanlar"la rəsmi müqavilə bağlayacaq.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 27 oyuna çıxan Noa Lanq 1 qolla yadda qalıb. Karyerası ərzində “Ayaks”, “Tvente”, “Brügge” və PSV klublarında da forma geyinən təcrübəli futbolçu Niderland millisində 15 oyunda 3 dəfə fərqlənib.