son dəqiqə SON DƏQİQƏ
Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ●

Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bölmə adı Döyüş
Yayımlandı 22-01-2026, 16:53

Kişi və qadın boksçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.


Sport1.az xəbər verir ki, tədbir iştirakçı komandaların paradı ilə başlayıb. Ardınca Dövlət Himni səsləndirilib.


Mərasimdə Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov ölkə boksunda son illər əldə olunan nəticələrə toxunub: “Ötən ilin dekabrında yeni tarix yazıldı. Azərbaycanın 19 yaşlı boksçusu Sübhan Mamedov dünya çempionu tituluna yiyələndi. O, bununla Azərbaycanda deyil, dünyada ən gənc dünya çempionu tituluna sahib oldu. Sevindirici haldır ki, bu il Azərbaycan çempionatında da gənclərdən böyüklər yaş kateqoriyasına bir çox güclü idmançıların keçdiyini görürük. Bu səbəbdən də yarışda böyük rəqabət olacaq. Çempionatın əhəmiyyəti isə ondan ibarətdir ki, artıq Los-Anceles-2028 Yay Olimpiya Oyunları üçün də seçimlərə başlayırıq. Milli komandanın heyəti formalaşmalıdır. Əminəm ki, birgə səyimiz nəticəsində Los-Anceles-2028-də xalqımızı qızıl medallarla sevindirəcəyik”.


S.Hüseynov infrastrukturun gücləndirilməsi istiqamətində addımlar atıldığını da vurğulayıb: “Ötən il Cənub Regional Boks Mərkəzinin açılışı oldu. Bu il isə Gəncə və Naxçıvanda infrastrukturun gücləndirilməsi istiqamətində ciddi işlər görüləcək. Nəticə qazanan boksçularımız arasında da Bakı ilə yanaşı, regionlarda yetişənlər də kifayət qədərdir. Əminik ki, milli komandalarımızın uğurlu çıxışı davam edəcək. Məşqçi və hakimlərin təlimlərinə də xüsusi diqqət ayrılacaq”.


Çempionatın supervayzeri Sid Ali Mokretari (Əlcəzair) isə ABF-yə dəvət üçün təşəkkür edib və yarışın yüksək səviyyədə, ədalətli keçməsi üçün çalışacaqlarını bildirib.


Mərasimdən sonra çempionat açıq elan olunub.


Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparır. Döyüşləri yerli hakimlərlə yanaşı, xarici referilər də idarə edir.


Çempionatda qaliblərin adına yanvarın 28-də aydınlıq gələcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR