“Bu, qəbuledilməzdir” — “Ayntraxt”ın futbolçusu “Qarabağ” məğlubiyyətindən danışdı

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 22-01-2026, 14:13

“Ayntraxt”ın futbolçusu Rasmus Kristensen Çempionlar Liqasında “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.


Sport1.az xəbər verir ki, danimarkalı müdafiəçi UEFA-nın rəsmi saytına açıqlamasında çıxışlarının qənaətbəxş olmadığını etiraf edib.


“Hesab edirəm ki, bir çox şeyi düzgün etdik, yaxşı oynadıq və hesabda önə keçdik. Amma qoldan dərhal sonra qapımızda top gördük — bu, qəbuledilməzdir”, — deyə o qeyd edib.


“Qarabağ”ın oyununu yüksək qiymətləndirən Kristensen daha sonra bunları söyləyib: “Qarabağ”ı təbrik edirəm. Onlar əldə etdikləri şanslardan çox yaxşı istifadə etdilər. Səhvlərimizdən faydalanıb bizi cəzalandırdılar”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR