Bakı birinciliyi keçiriləcək

Bölmə adı Digər
Yayımlandı 22-01-2026, 11:11

Bakıda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə şəhər birinciliyi baş tutacaq.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.


Bildirilib ki, yarış qapalı məkanda 23-24 yanvar tarixlərində, saat 15:30-da Bakı Atletika Mərkəzində keçiriləcək.


Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, eləcə də Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR