
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə tarixi nəticəyə imza atıb.
Sport1.az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı oyunçu olub. O, “Ayntraxt”la Bakıda keçirilən və 3:2 hesabı ilə yekunlaşan qarşılaşmada əlavə olunmuş vaxtın son anlarında fərqlənib.
Mustafazadənin həlledici qolu Ağdam təmsilçisinə qələbə gətirməklə yanaşı, Almaniya klubunun turnirdə yoluna davam etməməsini də rəsmiləşdirib.