son dəqiqə SON DƏQİQƏ
II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ● Almaniya və Portuqaliya qələbə qazandı, Norveç səfərdə uduzdu ● Millimiz Lixtenşteynlə bacarmadı ● Azərbaycan Kuboku: I təsnifatın təqvimi müəyyənləşib ●

Paytaxtda amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi baş tutub

Bölmə adı Futbol
Yayımlandı 17-10-2025, 13:55

Bu gün Bakıda amputant futbolu üzrə Millətlər Liqasının “C” qrupunun oyunları start götürüb.

Sport1.az xəbər verir ki, turnirin açılış mərasimi ASCO Arenada (Bayıl stadionu) keçirSport1.az
Tədbirdə ANAMA-nın (Azərbaycan Minatəmizləmə Agentliyi) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxış edib:

“Hörmətli iştirakçılar, hər birinizi salamlayıram. Son zamanlarda amputant futbolu dünya idman aləmində mühüm trendlərdən birinə çevrilib. Amputant futbolu vasitəsilə minadan zərər çəkmiş insanların və ümumilikdə əlilliyi olan şəxslərin həyata bağlılığını artırmaq baxımından böyük əhəmiyyət daşıyır. Son illər ərzində Azərbaycan milli komandası bir sıra uğurlara imza atıb. Məhz bunun sayəsində yığmamız Avropanın ən güclü 10 komandası arasında yer alıb. Təəssüf ki, Azərbaycan Avropada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. İşğaldan azad edilmiş torpaqlarda bir milyondan çox mina basdırılıb. 44 günlük müharibədən sonra 409 nəfər mina qurbanı olub, onlardan 71 nəfəri isə həyatını itirib. Bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək olan hər kəsə təşəkkür edir, bütün komandalarımıza uğurlar arzulayıram".


Daha sonra Avropa Amputant Futbol Federasiyasının prezidenti Mateuş Vidlak çıxış edib:

“Burada keçirilən oyunlar yalnız 5 komanda arasında olan qarşılaşmalar deyil, daha böyük bir hərəkatın tərkib hissəsidir. Amputant futbolu üzrə Millətlər Liqası ümumilikdə 18 komandanın iştirakı ilə 4 ölkədə təşkil olunur. Turnirin ilk mərhələsi Türkiyədə keçirilib, daha sonra yarış İspaniyada davam edib. Hazırda tədbir Azərbaycanda reallaşır və tezliklə Rumıniyada davam edəcək. Amputant futbolu sürətlə inkişaf edir və biz bu idman növünün bir parçası olduğumuz üçün qürur duyuruq".

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Turnirin ölkəmizdə təşkili SOCAR Şirkətlər Qrupu, Azərbaycan Futbol Federasiyası, “Neftçi” İdman Klubu və ANAMA-nın tərəfdaşlığı ilə həyata keçirilir.

Xatırladaq ki, üç gün davam edəcək yarışda 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mövcud mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması və minadan zərərçəkən şəxslərin idman vasitəsilə bir araya gəlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR