Kloppa məşqçilər arasında “qəbirqazan” ləqəbi verilib

Bölmə adı Futbol
Yayımlandı 19-01-2026, 21:48

“Red Bull”un futbol üzrə rəhbəri Yurgen Klopp məşqçilər arasında ona verilən ləqəblə bağlı danışıb.


Sport1.az xəbər verir ki, “The Athletic”ə açıqlama verən alman mütəxəssis bəzi həmkarlarının onu “qəbirqazan” adlandırdığını eşitdiyini bildirib və bununla razılaşmadığını vurğulayıb:


“Bu yaxınlarda məşqçilər arasında mənə “qəbirqazan” deyildiyini eşitdim. Amma bu, olmaq istədiyim son şeydir. Mənim rolum məsləhət verməkdir, eyni zamanda səlahiyyətim də var. Klublardakı insanlara qulaq asıram, bir çox məsələdə onlara güvənirəm. Bəzən sakitləşdirirəm, bəzən isə qərar verirəm”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR