
“Şəki” Basketbol Klubu kapitan Samir Styuartla yollarını ayırıb.
Sport1.az xəbər verir ki, klub amerikalı basketbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verildiyini açıqlayıb. Ayrılığa səbəb oyunçunun Azərbaycan Basketbol Liqasının III dövrəsində NTD ilə keçirilən qarşılaşmada ciddi zədə alması olub.
Samir Styuart zədəsinin müalicəsini vətəni ABŞ-də davam etdirəcək. Klub yaxın günlərdə onun yerinə yeni basketbolçunun transfer ediləcəyini də bildirib.