son dəqiqə SON DƏQİQƏ
AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ●

İdman Məktəbində şahmat üzrə idmançılarla görüş təşkil olundu

Bölmə adı Şahmat
Yayımlandı 15-01-2026, 20:27

11 nömrəli Uşaq Gənclər İdman Məktəbində şahmat idman növü üzrə idmançılarla görüş təşkil olunub.


Sport1.az xəbər verir ki, bu barədə Bakı Şəhər Gənclər və İdman İdarəsi məlumat yayıb.


Bildirilib ki, tədbirdə Qaradağ rayon Gənclər və İdman Sektorunun müdiri Elçin Abbasov, məktəbin direktoru Natiq Ələkbərov, şahmat məşqçiləri və idmançılar iştirak ediblər.


Çıxış edənlər vurğulayıblar ki, 11 nömrəli UGİM-in uğurları ildən-ilə artır. Məktəbin şahmatçıları artıq Bakı və Respublika yarışları ilə yanaşı beynəlxalq turnirlərdə də yüksək nəticələr əldə edirlər. Onlara gələcək yarışlarda uğurlar arzulayan natiqlər idmançıların nailiyyətlərinin daha da artacağına inandıqlarını bildiriblər.


Qeyd edək ki, görüşdə ümumilikdə 67 nəfər iştirak edib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR