Fərid Qayıbov dördüncü Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etdi

Bölmə adı Digər
Yayımlandı 15-01-2026, 16:28

Azərbaycanın Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 2027-ci ildə İstanbulda keçiriləcək dördüncü Avropa Oyunları ilə bağlı Koordinasiya Komissiyasının iclasında iştirak edib.


Sport1.az xəbər verir ki, iclasda müxtəlif ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər maraqlı tərəflərlə Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub.


Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bakın sədrliyi ilə keçirilən tədbirdə həmçinin, Avropa Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos, Türkiyə Milli Olimpiya Komitəsinin rəhbəri Ahmet Gülüm, eləcə də Avropa Olimpiya Komitəsinin rəsmiləri, milli və Avropa idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR