son dəqiqə SON DƏQİQƏ
AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ● “Zirə”nin futbolçularına antidopinq seminarı keçirilib ● MOK prezidenti Viktor Lukaşenko ilə görüşüb ● Belarusla idman sahəsində əməkdaşlıq müzakirə edilib ● UEFA Millətlər Liqası: Elçin Məsiyev İsveç millisinin matçını idarə edəcək ● İsmayıl Nəsirzadə növbəti mərhələdə ● "Sumqayıt" növbəti 2 ev matçını da bu stadionda keçirəcək ● Tofiq Əliyevdən iki qızıl medal ● Cüdo üzrə Dünya Çempionatı: Mundialın açılış mərasimi keçirilib ● Masallıda güləş üzrə turnir baş tutub ● AFFA rəsmisi "Kəpəz" və "Turan Tovuz"un məşqçiləri ilə görüşüb ● Karateçilərimiz 3 medal qazandılar ● “Turan Tovuz”da kritik iclas: Ehtiram Quliyev bu tarixdə gedə bilər ● Dünya Çempionatı: Cüdoçularımız bu gün fəxri kürsüdə yer ala bilmədilər ● Gültac Məmmədəliyeva da uduzdu ● İrina Zaretskadan qızıl medal ● Gültac Məmmədəliyeva 1/4 finalda ● Ruslan Paşayev DÇ ilə vidalaşdı ● Umudlu üçün beynəlxalq təyinat ● Daha bir cüdoçumuz 1/8 finalda ● Belçika səfərdə Fransa ilə üz-üzə, Türkiyə İtaliya ilə qarşılaşacaq ● Dünya Çempionatı: Nizami İmranov 1/16 finalda mübarizəni dayandırdı ● Dünya Çempionatı: Ruslan Paşayev 1/8 final mərhələsinə yüksəlib ● Günün oyunları: ● Boksçularımız növbəti mərhələdə ● Rusiya klubundan "Gəncə"yə ● "Dinamo" "Ağdaş"ı məğlub etdi ●

AFFA Azərbaycan vətəndaşlarının sağlamlığına zərərdir - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 13-01-2026, 17:06

AFFA İnkişaf Strategiyasının həyata keçirilməsi ilə bağlı ciddi addım atıb. Artıq "Xırdalan 0" pivələrində federasiyanın loqosu görünəcək. 


Deyəsən, futbolçu yetişdirməyi bacarmayan qurum xalqımızın sağlamlığının qayğısına qalmağa başlayıb. Pivə düşkünləri "Xırdalan 0" məhsulunda AFFA loqosunu görəndən sonra hallarına şükür edəcəklər. 


Bu ideyaya görə federasiya başbilənlərinə təşəkkür etməliyik. Təbii ki, belə möhtəşəm layihələri həyata keçirtdiyi üçün Rövşən Nəcəf FIFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvüdür. Bu, ancaq Sərxan Hacıyev kimi qrossmeysterin gedişi ola bilərdi. Belə fantastik işi ancaq Cahangir Fərəcullayev kimi intellektual oyunlarda qalib olmuş şəxs icra edə bilərdi. Alqış!


Bilirsiniz ki, Azərbaycanda alkoqollu içkilərin qablaşdırması üzərində sağlamlığa zərər barədə xəbərdarlıqların tətbiqini müəyyən edən konkret norma hazırda mövcud deyil. Amma "Carlsberg" şirkətinə halaldır. AFFA-nın bu fikrinə müsbət yanaşaraq öz müştərilərinin qayğısına qalıblar. Çünki AFFA Azərbaycan vətəndaşlarının sağlamlığına zərərdir...


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR