Alman mətbuatı Emrelinin vəziyyətini açıqladı

Bölmə adı Milli / Almaniya
Yayımlandı 13-01-2026, 16:07

Almaniya mətbuatı “Kayzerslautern”də Mahir Emreli ilə bağlı son durumu açıqlayıb.


Sport1.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun bu həftə komanda ilə birgə məşqlərə qoşulması gözlənilir. Onun 2-ci Bundesliqanın 18-ci turunda “Hannover”ə qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməsi ehtimal olunur.


Hələlik Emrelinin həmin qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib. Bu məsələ ilə bağlı qərarın məşqlərdən sonra veriləcəyi bildirilir.


Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlindən etibarən fərdi hazırlıq proqramı üzrə çalışmalarını davam etdirirdi.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR