SON DƏQİQƏ
Mali yığmasının futbolçusu Bubakar Konte karyerasını Rusiyada davam etdirəcək.
Sport1.az xəbər verir ki, Gürcüstanın "Dila" klubunun şərəfini qoruyan 24 yaşlı hücumçu Moskvanın "Torpedo" klubu ilə razılaşıb. Forvard yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, mediada "Qarabağ"ın bu futbolçu ilə ötən yay prinsipial razılıq əldə etdiyi, lakin Ağdam təmsilçisinin "Dila" ilə ortaq məxrəcə gələ bilmədiyi barədə məlumatlar yayılmışdı.