Bu gün bir oyunla tura yekun vuracaq

Bölmə adı ABL
Yayımlandı 11-01-2026, 13:27

Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci tura bu gün yekun vurulacaq.


Sport1.az xəbər verir ki, son oyun günündə bir oyun planlaşdırılıb.


“Sərhədçi” İdman Arenasında “Abşeron Lions” “Gəncə”ni qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.


Qeyd edək ki, “Abşeron Lions” A qrupunda 21 xalla ikinci, “Gəncə” isə 15 xalla dördüncü pillədə qərarlaşıb.

Müəllif: Zafar Hajili