Qubada və Bakıda

Bölmə adı Basketbol
Yayımlandı 8-01-2026, 12:29

Bu gün Azərbaycan Basketbol Liqasında XII tura start veriləcək.

 

Sport1.az xəbər verir ki, ilin ilk görüşləri B qrupunda keçiriləcək.

 

Saat 15:00-da “Quba” “Ordu” ilə üz-üzə gələcək. Qarşılaşma Quba Olimpiya İdman Kompleksində baş tutacaq. Hazırda “Ordu” 22 xalla qrup lideridirsə, 15 xala malik “Quba” dördüncüdür.

 

“Sərhədçi” saat 20:00-da “Lənkəran”ı sınağa çəkəcək. Bu matç “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. Meydan sahibləri hazırda 15 xalla üçüncüdür, 14 xala malik “Lənkəran” isə sonuncu – 6-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, XII tura yanvarın 11-də yekun vurulacaq.

Müəllif: Zafar Hajili