
Keçmiş “Liverpul” futbolçusu və İngiltərə millisinin sabiq baş məşqçisi Kevin Kiqana xərçəng diaqnozu qoyulub.
Sport1.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb. Kevin Kiqan qarın nahiyəsində davam edən narahatlıqlarla əlaqədar xəstəxanaya yerləşdirilib və aparılan müayinələrdən sonra onda xərçəng xəstəliyi aşkarlanıb. Hazırda 74 yaşlı futbol əfsanəsi müalicə alacaq.
Qeyd edək ki, Kevin Kiqan 1978 və 1979-cu illərdə “Qızıl top” mükafatına layiq görülüb. Futbolçu karyerasını başa vurduqdan sonra “Nyukasl”, “Fulhem”, “Mançester Yunayted” və İngiltərə milli komandasında baş məşqçi kimi fəaliyyət göstərib.