Neymarın “Santos”dakı taleyi bəlli oldu

Bölmə adı Futbol
Yayımlandı 7-01-2026, 13:14

Braziliyanın “Santos” klubu ulduz futbolçusu Neymarla müqavilənin uzadıldığını açıqlayıb.


Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisinin rəsmi saytında yayımlanan məlumata əsasən, tərəflər arasında imzalanan yeni anlaşma 2026-cı ilin sonuna qədər qüvvədə olacaq. Müqavilənin maliyyə detalları açıqlanmayıb.


33 yaşlı vinger 2025-ci ilin yanvarında peşəkar karyerasına başladığı “Santos”a geri dönmüşdü. Neymar 2025 mövsümündə bütün turnirlərdə 28 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun əvvəlki müqaviləsi 2025-ci ilin dekabrın 31-də başa çatırdı.


Hazırda zədəli olan futbolçu bərpa prosesini davam etdirir və 2026-cı il Dünya Çempionatında iştirak etməyi hədəfləyir.


Qeyd edək ki, Neymar daha əvvəl “Barselona” və PSJ klublarının da formasını geyinib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR