Sabah Azərbaycan çempionatında 12-ci turunda iki oyunu keçiriləcək

Bölmə adı ABL
Yayımlandı 7-01-2026, 12:33

Sabah Azərbaycan Basketbol Liqasının 12-ci turunda iki oyun keçiriləcək.


Sport1.az xəbər verir ki, B qrupunda oynanacaq matçlarda “Sərhədçi” “Lənkəran”ı, “Quba” isə “Ordu”nu qəbul edəcək.


“Sərhədçi” “Lənkəran” qarşılaşması “Sərhədçi” İdman Mərkəzində, saat 20:00-da start götürəcək.


Digər oyun isə Quba Olimpiya İdman Kompleksində saat 15:00-da keçiriləcək.


Qeyd edək ki, qrupda “Ordu” 22 xalla birinci, “Quba” 15 xalla üçüncü, “Sərhədçi” 15 xalla dördüncü, “Lənkəran” isə 14 xalla beşinci yerdə qərarlaşıb.

Müəllif: Zafar Hajili