
"Beşiktaş" daha bir futbolçu ilə vidalaşıb.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı futbolçu Qabriel Paulista ilə yollarını ayırıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi ailə səbəblərinə görə klubdan ayrılmaq istədiyib. İstanbul təmsilçisi də bu istəyi qəbul edib.
Qeyd edək ki, Qabriel Paulista bu mövsüm "Beşiktaş"ın heyətində 17 qarşılaşmada meydana çıxıb. O, bu görüşlərdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.