
Belarus millisində baş məşqçi dəyişikliyi baş verib.
Sport1.az xəbər verir ki, Belarus Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti Viktor Qonçarenkonun milli komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb. 48 yaşlı mütəxəssislə imzalanan müqavilə dörd ili əhatə edir.
Qeyd edək ki, Qonçarenkonun adı bir müddət əvvəl “Neftçi” ilə də hallanırdı.
Qonçarenkonun son iş yeri Rusiyanın “Pari NN” klubu olub. O, Nijni Novqorod təmsilçisini 2024-cü ilin oktyabrından 2025-ci ilin iyununa qədər çalışdırıb.