Azərbaycanlı nümayəndə Türkiyə millisinin oyununa təyinat aldı

Bölmə adı Digər
Yayımlandı 6-01-2026, 13:18

Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti təyinat alıb.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçular arasında 2028-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Türkiyə oyunu üçün Avropa Həndbol Federasiyasının nümayəndəsi təyin olunub.


Qarşılaşma yanvarın 7-də Bolqarıstanın Şumen şəhərində baş tutacaq. Matçı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR