
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyası (AHF) məlumat yayıb.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AÇ-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.
Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.