SON DƏQİQƏ
Milton Delqado karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, "Boka Xuniors"un yarımmüdafiəçisi ilə "Çelsi" yaxından maraqlanır.
Məlumatı "TyC Sports" yayıb. 20 yaşlı futbolçunun Argentina klubu ilə 2028-ci ilə qədər müqaviləsi var. "Boka Xuniors" Delqado üçün ən azı 20 milyon dollar tələb edir.
Qeyd edək ki, oyunçu komandasının heyətində ümumilikdə 39 rəsmi matçda meydanda olub. O, bu görüşlərdə cəmi 4 məhsuldar ötürmə ilə yadda qalıb.