FİDE-nin vacib turnirində azərbaycanlı iştirak etməyəcək

Bölmə adı Şahmat
Yayımlandı 6-01-2026, 08:00

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib.


Sport1.az xəbər verir ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı oteldə keçiriləcək.


Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).


Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi də Rusiya), Zhu Tsziner, Tan Çjunyi (hər ikisi də Çin), Divya Deşmukx, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR