
Aleksandr Tarakanov Azərbaycan Güləş Federasiyası ilə yolların ayrılmasından sonra açıqlama verib.
Sport1.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə milli komandanın sabiq baş məşqçisi Azərbaycandakı fəaliyyəti, ayrılıq qərarı və gələcək planları ilə bağlı fikirlərini bölüşüb:
“Azərbaycanda çalışdığım 6 il ərzində burada böyük təcrübə və yaxın dostlar qazandım. Bu müddət ərzində mən və məşqçilər korpusum həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördük. Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur. Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq.
Fürsətdən istifadə edib, federasiya rəhbərliyinə, mənimlə çiyin-çiyinə çalışmış məşqçi yoldaşlarıma və komandanın hər bir üzvünə təşəkkür edirəm. Gələcəkdə nə zaman ehtiyac duyularsa, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazıram”.