Millimiz baş məşqçi ilə yolları ayırdı

Bölmə adı Güləş
Yayımlandı 5-01-2026, 20:18

Yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanovla əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Federasiya rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Qeyd edək ki, Aleksandr Tarakanov 2019-cu ilin oktyabr ayından milli komandanın baş məşqçisi vəzifəsində çalışırdı. Onun rəhbərliyi altında yığma iki dəfə Avropa, iki dəfə isə dünya çempionu olub. Həmçinin milli komanda Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında bir bürünc medal qazanıb.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR