Azərbaycan çempionatının mükafat fondu bəlli oldu

Bölmə adı Şahmat
Yayımlandı 5-01-2026, 17:50

Yanvarın 6-dan startı veriləcək şahmat üzrə Azərbaycan I Dəstəsinin mükafat fondu bəlli olub.


Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.


Qurum çempionatda iştirak edəcək şahmatçıların sayını da açıqlayıb:


"Kişilərin yarışında mükafat fondu 7000, qadınlarda isə 3000 manatdır. Kişilərdə 40, qadınların mübarizəsində isə 20 nəfər iştirak edəcək. Kişilər arasında ilk 9 pilləni tutanlar yüksək liqaya çıxacaqlar. Bu addım daha böyük rəqabət yaratmaq məqsədilə atılıb. Çünki kişilərdə rəqabət güclüdür. Qadınların mübarizəsində isə ilk 2 yerin sahibi Azərbaycan çempionatına yüksələcək".


Qeyd edək ki, Azərbaycan I Dəstəsi yanvarın 6-14-ü aralığında keçiriləcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR