
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
Sport1.az xəbər verir ki, turnirin ev sahibi Mərakeş millisi Tanzaniya yığması ilə qarşılaşıb. Görüşdə qonaqların heyətində “Şamaxı”nın formasını geyinən Alfons Msanqa da iştirak edib.
22 yaşlı yarımmüdafiəçi oyuna start heyətində başlayıb və 83-cü dəqiqədə İddi Nado ilə əvəzlənib. Msanqa qarşılaşmanın 78-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
Matç Mərakeş millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu görüşün 64-cü dəqiqəsində Madrid “Real”ının yarımmüdafiəçisi Brahim Diaz vurub.
Bu nəticə ilə Tanzaniya millisi Afrika Millətlər Kuboku ilə vidalaşıb.