
Rusiya Futbol İttifaqının fəxri-prezidenti Vyaçeslav Koloskov ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatlarının mümkün beynəlxalq idman sanksiyalarına səbəb olub-olmayacağı ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, funksioner “Sport-Express”ə açıqlamasında dünya futbol qurumunun Vaşinqtona qarşı hər hansı addım atmayacağına əminliyini ifadə edib.
“İnfantino Trampa aşiqdir. Onu çox sevir və hər şeyi bağışlamağa hazırdır. Ona doğma ata kimidir. Əminəm ki, ABŞ-də keçiriləcək Dünya Çempionatının ləğvi olmayacaq – turnir mütləq baş tutacaq. Onlar yalnız bizə və belaruslara qarşı sərtdirlər. Bu, ikiüzlü siyasətdir”, – deyə Koloskov bildirib.