
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç idman uzunömürlülüyünün sirri ilə bağlı fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, 40 yaşlı xorvatiyalı futbolçu əsas amilin pəhriz və məşqlər deyil, futbola olan sevgi olduğunu bildirib:
“Sevgi. Futbola sevgi, futbol haqqında düşünmək, futbol üçün yaşamaq. Ailəmlə yanaşı futbol həyatımda ən vacib yerdədir. Sirr məhz ehtirasdır. Pəhriz və məşqlər ikinci plandadır. Uzun müddət zirvədə qalmaq üçün ürək lazımdır. Mən indi də məşqlərdə uşaqlıq illərində olduğu qədər xoşbəxtəm”.
Qeyd edək ki, Luka Modriç uzun illər Madrid “Real”ının formasını geyinərək çoxsaylı titullar qazanıb. O, karyerası ərzində həmçinin Zaqreb “Dinamo”su və London “Tottenhem”ində çıxış edib. Təcrübəli yarımmüdafiəçi 2025-ci ilin yayından etibarən “Milan”ın formasını geyinir.