
“Leyptsiq” klubu yarımmüdafiəçi Kevin Kampl ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi 35 yaşlı futbolçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edib. Klubun rəsmi açıqlamasında ayrılığın ailəvi səbəblərlə bağlı olduğu bildirilib.
Qeyd edək ki, Kevin Kampl 2017-ci ildən “Leyptsiq”in formasını geyinirdi. O, bu müddət ərzində klubun heyətində 283 oyuna çıxıb, iki dəfə Almaniya Kubokunu qazanıb və ölkə Superkubokunun sahibi olub.