
“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Bavariya”ya təklif olunub.
Sport1.az xəbər verir ki, bu barədə “Bayern & Germany” nəşri jurnalist Filipp Kesslerin X sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat yayıb.
Nigeriyalı forvard Münhen klubunu yüksək səviyyəli komanda kimi dəyərləndirsə də, “Bavariya”nın idman direktoru Maks Eberl hazırda Osimhenlə bağlı hər hansı planın olmadığını açıq şəkildə bildirib. Qeyd olunur ki, bu transfer yalnız Harri Keynin mövsümün sonunda komandadan ayrılması halında yenidən gündəmə gələ bilər. Hazırkı mərhələdə isə belə bir ssenari real hesab edilmir.