Bu idman müəssisələri dövlət mülkiyyətində saxlanılacaq

Bölmə adı Digər
Yayımlandı 2-01-2026, 11:30

Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısında dəyişiklik edilib.


Sport1.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.


Sərəncamla Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Olimpiya növləri üzrə Milli komandalar üçün Təlim-Məşq Mərkəzi MMC statusu alıb.


Bundan başqa, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Futbol üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin adı dəyişdirilərək Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbi, Gədəbəy Respublika Kompleks İdman Məktəbi Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbi adlandırılıb.


Həmçinin Respublika Olimpiya Mərkəzi "Bakı Atletika Mərkəzi" MMC, Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi isə "Bakı Atıcılıq Mərkəzi" MMC kimi fəaliyyət göstərəcək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR